Metroda problem: qatarlar gecikdibackend

Metroda problem: qatarlar gecikdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə “Bakı Metropoliteni” QSC-nin “28 May” metro stansiyasında işıqların söndüyünə dair məlumat yayılıb.

NOCOMMENT xəbər verir ki, oxu-nun sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumatın doğru olmadığını, problemin “Avtovağzal” stansiyasında yarandığını deyib: “Gərginlik düşməsi nəticəsində “Avtovağzal” stansiyasında saat 11:55-də işıqlanma sistemində problem yaranıb. 4 dəqiqədən sonra işıqlandırma bərpa olunub.

“Bənövşəyi xətt” üzrə qatarların hərəkətində 4 dəqiqə gecikmə olub. Hazırda problem tam aradan qaldırılıb. Qatarlar interval üzrə hərəkət edirlər”.