Metroda PROBLEM – Sərnişinlər qatardan düşürüldübackend

Metroda PROBLEM – Sərnişinlər qatardan düşürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Həzi Aslanov” – “Dərnəgül” marşrutu üzrə hərəkət edən qatar “Nərimanov” stansiyasında olarkən baş vaqonun qapısı bağlanmadığından normativlərə uyğun texniki baxış keçirilməsi zərurəti yaranıb.

NOCOMMENT Modern.az-a istinadən xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, maşinist əlavə texniki baxış tələb etdiyindən qatar sərnişinlər düşürülməklə “Nərimanov” elektrik deposuna yola salınıb: “Nəticədə intervaldan əlavə bir marşrut üzrə 4 dəqiqəlik yubanma yaranıb. Həmin qatarın əvəzinə xəttə ehtiyat qatar verilib”.