Metroda qatarlar gecikdi, sıxlıq yarandı – AÇIQLAMAbackend

Metroda qatarlar gecikdi, sıxlıq yarandı – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səhər saatlarından etibarən Bakı metrosunda qatarların intervalı arasında fasilə 8-9 dəqiqəyə qalxıb.

Bununla bağlı NOCOMMENT-ə açıqlama verən Bakı Metropoliteni QSC-nin mətbuat ximdətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, ləngiməyə səbəb ehtiyat qataraların xəttə buraxılmasıdır: “Ehtiyat qatarlar “Memar Əcəmi” və “Neftçilər” stansiyasında dalanlara verilir və orada gözlənilir. Bu əməliyyat səhər saatlarında 08:30-a qədər davam edir. Eyni zamanda günün pik saatlarında 1 dəqiqə 30-50 saniyə, 2 dəqiqə 10-30 saniyə ərzində də ləngiməni müşahidə edə bilərsiniz. Bu, o deməkdir ki, ehtiyat qatar dalana və ya depoya girib-çıxır. Xətdə müəyyən problemlər yaranır”.

B.Məmmədov qeyd edib ki, ehiyat qatarlarının xəttə gur saatlarda buraxılması çox problemli məsələdir: “Böyük problemlərdən biri “Bakmil”in – elektrik deposunun xəttin ortasında yerləşməsidir. Gün ərzində qatarlar depoya verilməlidir. Bir qatar texniki baxış üçün xəttə veriləndə “Nəriman Nərimanov” stansiyasından üzü “Həzi Aslanov”a bəzən intervallar artır. “Xocəsən” elektrik deposu istismara veriləndən sonra bunu ətraflı və əyani şəkildə göstərmək mümkün olacaq”.