Metroda qatarlar gecikmə ilə hərəkət edir – SƏBƏB NƏDİR?backend

Metroda qatarlar gecikmə ilə hərəkət edir – SƏBƏB NƏDİR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Metronun “Həzi Aslanov” stansiyasından “Dərnəgül” stansiyası istiqamətində hərəkət edən qatarların gec gəldiyi bildirilir.

Sərnişinlərin sözlərinə görə, sözügedən istiqamətdə hazırda qatarlar 5-6 dəqiqə fasilə ilə hərəkət edir.

Onlar bildiriblər ki, 4 stansiyanı 35 dəqiqəyə qət ediblər.

NOCOMMENT.az bildirir ki, məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov qeyd edib ki, hazırda heç bir nasazlıq yoxdur:

“Bakı metropoliteninin xətlərində qatarlarda və stansiyalarda nasazlıq mövcud deyil. Bir sıra stansiyalarda sıxlıq səbəbindən tənzimləmələr sərnişinlərin və hərəkətin təhlükəsizliyi təmin edilməklə və intervallar qorunmaqla aparılır”.

Xatırladaq ki, mayın 3-də “Həzi Aslanov” və “Xalqlar dostluğu” stansiyaları istiqamətindəki şəhər şəbəkəsindən Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “Bakı Metropoliteni” QSC-yə gələn yüksəkgərginlikli elektrik xətləri ilə enerjinin verilişində məhdudiyyətlər yaranıb. Nəticədə qatarların hərəkətində qismən gecikmələr müşahidə olunub.