Bakı metrosunda “yaşıl xətt” – “Əhmədli-Dərnəgül” marşrutu üzrə hərəkət edən qatar “28 may” stansiyasında ikən maşinist nasazlıq ehtimalı ilə qatara sərnişinsiz baxış keçirilməsini tələb edib. Bu səbəbdən “28 may” stansiyasında sərnişinlər düşürülüb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “APA-Economics”ə “Bakı Metropoliteni” QSC-dən bildirilib.
“Qatar xəttə ikən qatara baxış keçiriləcək. Digər əlavə məlumatları təqdim edəcəyik”, – deyə məlumatda bildirilib,