Metroda qatarların hərəkətində problem yaranıbbackend

Metroda qatarların hərəkətində problem yaranıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün “Bakı Metropoliteni” QSC-nin “Memar Əcəmi” stansiyasında qatarların hərəkətində problem yaranıb.

Bu barədə NOCOMMENT-ə qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

B.Məmmədovun sözlərinə görə, xəttə verilmiş sınaq qatarında nasazlıq yarandığı üçün “Memar Əcəmi” stansiyasında köməkçi qatar verilib: “Köməkçi qatardan sərnişinlər düşürülüb. Sınaq qatarı xətdən çıxarılıb. Ümumən iki qatar arasında 12 dəqiqə yubanma olub”.