Metroda şəxsiyyət vəsiqələri niyə yoxlanılır? – DİN açıqladıbackend

Metroda şəxsiyyət vəsiqələri niyə yoxlanılır? – DİN açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Metropoliteninin stansiyalarına daxil olarkən vətəndaşların COViD pasportları yoxlanılır.

NOCOMMENT xəbər verir ki, hadisə bu gün səhər saatlarında teleqraf-ın əməkdaşı Hacı Zeynalovun başına gəlib.

20 Yanvar metrostansiyasının girişində polis əməkdaşı onu və bir neçə şəxsi saxlayaraq yoxlanış aparıb və “Aktiv xəstə sayına görə COViD pasportlarını yoxlayırıq” – deyə qeyd edib.

Məsələni araşdırmaq üçün Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev ilə əlaqə saxlanılıb.

O bildirib ki, aparılan yoxlanışın məqsədi aktiv koronovirus xəstələrini aşkarlamaqdır: “Aktiv COViD xəstələrinin metropolitenə daxil olması üzrə bəzi stansiyalarda sərnişinlərin daxil olarkən şəxsiyyət vəsiqələrinə baxılır. Lakin metro və digər ictimai nəqliyyat vasitələrindən istifadə ilə bağlı Baklı şəhərində COViD pasportu tələb olunmur”.