Metrodan istifadə edən sərnişinlərin sayı kəskin artdıbackend

Metrodan istifadə edən sərnişinlərin sayı kəskin artdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda metrodan istifadə edən sərnişinlərin sayı kəskin artıb.

Bu barədə NOCOMMENT.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

2022-ci ilin yanvar-avqust aylarında metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 4,5 dəfə artaraq 128,4 milyon nəfər olub.

Ümumilikdə, 2022-ci ilin yanvar-avqust aylarında Azərbaycanda nəqliyyatçılar 1 milyard 24,9 milyon sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 87,1 faizi avtomobil nəqliyyatı, 12,5 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.