Metropolitendə niyə şəkil çəkmək olmaz? – Rəsmi cavabbackend

Metropolitendə niyə şəkil çəkmək olmaz? – Rəsmi cavab

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Metropolitenə daxil olarkən divarlara vurulmuş” Foto çəkmək qadağandır!” lövhələrini yəqin ki, görmüsünüz.

Bəs görəsən metroda niyə şəkil çəkmək olmaz?

NOCOMMENT.az xəbər verir ki, Hit.az-ın sualını Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov cavablandırıb.

“Bakıda metropolitenin çəkilməsi Sovet dövrünə düşüb.

İkinci dünya müharibəsindən sonra böyük neft şəhərində metro strateji, yarımhərbi obyekt kimi nəzərdə tutularaq, tikildi. 1951-ci ildə tikinti işlərinə start verildi. 1960-cı ildə isə Bakı metrosu ilk dəfə sərnişinləri qəbul elədi.

Hərbi təyinatlı obyekt sayıldığına görə bura ilə bağlı müəyyən qadağalar da var idi. O cümlədən fotoşəkillərin çəkilməsi qadağan edilmişdi. Hesab edirəm ki, zamanla bu qadağa aradan qaldırılacaq. Çünki hər kəsin əlində telefon var və çəkiliş aparmaq elə də imkansız bir iş deyil. Dünya təcrübəsinə əsaslansaq, bəzi ölkələrdə belə qadağalar var, bəzi ölkələrdə yox. Azərbaycan daima inkişaf eləmək üçün xarici ölkələrin yaxşı təcrübələrindən yararlanır. Yəqin ki, zamanla metroda bu qadağa aradan qaldırılacaq”,- deyə o bildirib.