Metropolitendə son zamanlar baş verən texniki qəzaların səbəbləri nələrdir? -AÇIQLAMAbackend

Metropolitendə son zamanlar baş verən texniki qəzaların səbəbləri nələrdir? –AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son zamanlar metropolitendə tez-tez nasazlıqlar baş verir. Bunun əsas səbəbi dartı gücə sahib olan nəqliyyat vasitəsinin, dartıcı texnovozun ümumi iş prinsipinə xələl gəlməsindən irəli gəlir. Yəni, bu hadisələr yüklənmələr nəticəsində baş verir”.

Bu sözləri NOCOMMENT.az-a müsahibəsində Nəqliyyat eksperti Aslan Əsədov deyib.

Məsələn, min nəfər üçün nəzərdə tutulan vaqona əlavə 1500 nəfər yerləşərsə, bu hal gedişə mənfi təsir edir. Nəticədə mühərrik gücə düşür bu da iş prinsipinin pozulması ilə nəticələnir.

Ekspert qeyd edir ki, bu nüanslar insanlarda “metro yaxşı işləmir, gec gəlir” kimi ifadələrin işlənməsinə, ümumi iş prinsipinə xələl gətirən proseslərdir.

Belə halların baş verməməsi üçün nə etmək olar?

“Texniki cəhətdən qatarın saz saxlanılması, onun daha zəngin, çeşidli və keyfiyyətli ehtiyat hissələri ilə təmin olunması vacibdir”.

“Metronun Dövlət tərəfindən maliyyə imkanları genişləndirilməlidir. Metro hər zaman zərərə işləyən bir struktur olub. Metroda bir sərnişin daşınması 1 manat civarında başa gəlirsə, faktiki qiymət 50 qəpikdir.

Bu sözləri NOCOMMENT.az-a müsahibəsində Yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı deyib.

Elməddin Muradlı

Uzun illər metronun inkişaf strategiyası olmayıb. Metro üçün Dövlət tərəfindən böyük maliyyə imkanları yaradılmalıdır, qatarlar tam yenilənməlidir, metrostansiyaların sayı sürətli şəkildə artırılmalıdır.

Son illər bu istiqamətdə müəyyən işlər görülür, yeni qatarlar alınır, stansiyalar tikilir”.

Ekspert qeyd edir ki, müəyyən bir nəticəyə nail olmaq üçün fundamental dəyişikliklərə ehtiyac var.

 Aişə Əbdülova