Metropolitendən MÜRACİƏT – Bu vaqonlara minməyin!backend

Metropolitendən MÜRACİƏT – Bu vaqonlara minməyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda Bakı metropoliteninin texniki cəhətdən heç bir problemi yoxdur.

NOCOMMENT.az xəbər verir ki, bunu Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, mayın 31-də metro stansiyaları fəaliyyətə başlayandan sonra gün ərzində ehtiyat qatarların xəttə buraxılması mümkündür:

“Ehtiyat qatarların xəttə buraxılması qrafik əsasında tənzimlənəcək. Bunu bildirməkdə məqsədimiz metronun ehtiyyat qatarlar barədə heç bir çətinliyinin olmamasıdır. Lakin sərnişinlərə müraciət edirik ki, zərurət olmadıqca metropolitendən istifadəyə üstünlük verməsinlər. Xüsusilə, günün pik saatlarında işə tələsən vətəndaşları nəzərə alaraq sıxlıq olan vaqonlara minməmələri tövsiyə edilir”.