Meyitdən orqan köçürülməsi prosesinə din xadimləri də cəlb olunublarbackend

Meyitdən orqan köçürülməsi prosesinə din xadimləri də cəlb olunublar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanda bu il yanvarın 1-dən meyitdən orqan köçürülməsinə dair qanun qüvvəyə minib. Qanundan irəli gələn məsələlərin həlli üçün etika komissiyası yaradılıb”.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bunu Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının direktoru Fariz Babayev xroniki böyrək çatışmazlığı mövzusunda danışarkən deyib.

Onun sözlərinə görə, hazırda məsələnin sosial-hüquqi bazası yaradılır: “Din xadimləri də artıq bu işə cəlb olunublar. Yaxın zamanlarda bu baza yaradılacaq və sonra meyitdən orqan köçürülməsi aktiv sürətdə həyata keçiriləcək”.