Meyiti tapılan gəncin ölüm səbəbi müəyyən olundubackend

Meyiti tapılan gəncin ölüm səbəbi müəyyən olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qubada çöllük ərazidə meyiti tapılan Püstəqasım kənd sakini Zakir Cabir oğlu Hacəliyevin ölümünə ürək tutmasının səbəb olduğu deyilir.

NOCOMMENT.az xəbər verir ki, mərhum ötən gün meşə soğanı-pəl yığmaq üçün çölə gedib və gecə geri qayıtmayıb. Ruhi xəstə olan Zakir Hacəliyevdən narahat olan ailə üzvləri onu axtaranda çöllük ərazidə ölmüş halda tapıblar. Dərhal polis və prokurorluq əməkdaşları məlumatlandırılıb.

Hadisə yeri müayinə olunub. Meyit tibbi ekspertiza edilib. Ölümün ilkin səbəbi ürək tutması deyilsə də, bu, ekspertizanın rəyindən sonra məlum olacaq.

Faktla bağlı Quba rayon prokurorluğunda araşdırma aparılır.
Modern