Meyiti yandırmaqla bağlı ŞOK AÇIQLAMA: İslam dini deyir ki…backend

Meyiti yandırmaqla bağlı ŞOK AÇIQLAMA: İslam dini deyir ki…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Müsəlman üçün ölüsünü yandırmaq dində icazəli deyil. Digər səmavi dinlərdə də yandırmaq yoxdur. Bu hər mənada yolverilməzdir. Yalnız istisna hallar ola bilər ki, buna din icazə verir”.

NOCOMMENT.az xəbər verir ki, bu fikirləri ilahiyyatçı Tural İrfan açıqlamasında səsləndirib.

“Pandemiya zamanı yoluxucu xəstəliklərin yayılmaması üçün meyiti yandırmaq olar. Lakin adi halda qəbul olunmur. Fəqət inancsız insanlar yaxud dindən qeyri inanclara sahib olanlar öz istək və hüquqlarına görə yandıra bilərlər.

Gələcək zamanda da əgər insanlar dini inanclarını tərk edib fərqli əqidələr sahib olsalar təbii ki, ölü yandırmaq ənənəsi formalaşa bilər”.

İlahiyyatçı qeyd edir ki, Azərbaycanda heç zaman kremasiya ənənə şəklini ala bilməz.

“70 il sovet dövründə ateizmin tüğyan etdiyi bir dövrdə belə xalqımız ölüsünü nəinki yandırmır, heç tabutda da belə dəfn etmirdi. Eynən müsəlman qaydasında kəfəndə torpağa tapşırırdı. Ona görə azsaylı adamlar ölülərini yandırmağa razılaşsa belə əhali ümumilikdə buna getməz. İslama görə adi halda ölünü yandırmaq insanın şəxsiyyətini, mahiyyətini, varlığını təhqir etməkdir. Onu yox etməyə çalışmaqdır. Odur ki, kremasiya ilə İslam ənənəsindəki dəfn ziddiyyət təşkil edir”.

KONKRET.az