Meyitin yarılmaması üçün rüşvət nə qədərdir? ARAŞDIRMAbackend

Meyitin yarılmaması üçün rüşvət nə qədərdir? ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prokurorluq sosial şəbəkələrdə Lənkəran Patoloji Anatomiya Birliyində yol qəzasında ölən şəxsin meyitinin yarılmaması müqabilində 600 manat rüşvət istənilməsi barədə yayılan məlumatlara münasibət bildirib.

NOCOMMENT xəbər verir ki, Baş Prokurorluqdan yeniavaz-ın sorğusuna cavab olaraq bildirilib ki, həmin fakt hazırda Lənkəran rayon Prokurorluğunda araşdırılır: “Araşdırmanın nəticəsindən asılı olaraq qanuni qərarın qəbulu təmin ediləcək”.

Qeyd edək ki, sosial şəbəkələrdə Lənkəran Patoloji Anatomiya Birliyində rüşvət faktı ilə bağlı video materiallar yayılıb.