“Meymunçiçəyi virusu”nun istənilən ölkəyə yayılmaq təhlükəsi var – HƏKİMDƏN AÇIQLAMAbackend

“Meymunçiçəyi virusu”nun istənilən ölkəyə yayılmaq təhlükəsi var – HƏKİMDƏN AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Meymunçiçəyi virusu”nun istənilən ölkəyə yayılmaq təhlükəsi var.

Bu sözləri Nocomment.az-a açıqlamasında həkim Adil Qeybulla deyib.

“Meymunçiçəyi virusu “suçiçəyi” və “təbii çiçək” virusları ilə eyni qrupa aiddir. “Təbii çiçək” virusu daha təhlükəli virusdur. Bu virus zamanında çox sayda insan tələfatı ilə müşahidə olunan pandemiyalara gətirib çıxarıb”.

“Meymunçiçəyi virusu” 2020-2022-ci illərdə kiçik epidemik ocaqlar olsa da, hal-hazırda mutant variant daha geniş bir arealı əhatə edir. Buna görə də Dünya Səhiyyə Təşkilatının diqqəti bu virusa yönəlib və acil durum elan edilib. Bu yüksək fövqəladə hal deməkdir.

“Meymunçiçəyi virusu”nun istənilən ölkəyə yayılmaq təhlükəsi var. İnsanların miqrasiya durumunda və qloballaşan dünyada bu tam realdır. Xəstəliyin prodramal dövrü bəzən 3 həftəyə qədər davam edir, xəstəlik özü 4 həftəyə qədər davam edə bilər. Həmin, dövr sağlam insanlarda bir o qədər hiss olunmur. Xəstəlik başlandıqca, yüksək hərarət, halsızlıq, zəiflik, əzələ-bel ağrıları və dəridə ağ və sarı rəngli içərisi maye ilə dolu qabarların əmələ gəlməsi də xarakterizə olunur. Qabarlar çiçək xəstəliyində, əsasən, yer alır.

Həkim qeyd edir ki, bu virusla bağlı hərkəs diqqətli olmalıdır. İnsanların bu barədə maarifləndirilməsi əsas məsələdir. Profilaktik tədbirlərin görülməsində maariflənmə çox mühüm yer tutur.

“Xəstəliyin geniş pandemiya yaratması real görünmür, amma, ayrı-ayrı ölkələrdə ayrı-ayrı epidemik ocaqlar ola bilər. Ona görə də, önləyici tədbirlər mütləq görülməlidir. Ehtiyac olacağı təqdirdə vaksin hazırlanmalıdır.

vaksinasiya

Biz elə bir dövrdə yaşayırıq ki, istənilən sürprizə hazır olmalıyıq və belə bir situasiyada önləyici tədbirlər hər zaman əsasdır”.

 

   Aişə Əbdülova