Meyvə qutularına gizlədilmiş 800 kiloqram kokain ələ keçirildibackend

Meyvə qutularına gizlədilmiş 800 kiloqram kokain ələ keçirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Norveç polisi meyvə qutularında gizlədilən 800 kiloqram kokain müsadirə edib.

NOCOMMENT.az xəbər verir ki, Norveç Xəbər Agentliyinin məlumatına görə, Norveç polisi martın 28-də Almaniya polisinin Potsdamda 1200 kiloqram narkotik maddə ələ keçirməsindən sonra əməliyyat keçirib.

Polis əməliyyat çərçivəsində paytaxt Osloda meyvə qutularında gizlədilən 800 kiloqram kokain ələ keçirib.

Polis sözçüsü Grete Lien Metlid, əməliyyatın ölkədə indiyə qədər həyata keçirilən ən böyük kokain ələ keçirmə əməliyyatı olduğunu bildirib.

Norveçdə əvvəlki ən böyük kokain ələ keçirmə əməliyyatının 2013-cü ildə həyata keçirildiyi və bu əməliyyatda 153 kiloqram kokainin ələ keçirildiyi açıqlanıb.

NOCOMMENT.AZ