Meyvəli bazarında yanğın söndürülüb – YENİLƏNİBbackend

Meyvəli bazarında yanğın söndürülüb – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, “Meyvəli” bazar adlanan ticarət mərkəzində yerləşən mağazaların birində yanğın olması barədə məlumat daxil olub.

Nazirlikdən NOCOMMENT.az-a verilən məlumata görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin səyi nəticəsində yanğın daha geniş əraziyə yayılmasının qarşısı alınaraq qısa müddətdə söndürülüb.