Meyxanaçı Ağakərimin ölüm xəbəri təkzib olundubackend

Meyxanaçı Ağakərimin ölüm xəbəri təkzib olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə məşhur meyxana ustası Ağakəriminin ölüm xəbəri yayılıb.

NOCOMMENT xəbər verir ki, modern.az xəbəri dəqiqləşdirmək üçün sənətçinin yaxın dostları ilə əlaqə saxlayıb.

Meyxanaçı Valeh Lerikli açıqlamasında bildirib ki, sosial şəbəkələrdə və internet saytlarında Ağakərim Novruzovun ölümü ilə bağlı yayılan məlumatlar yalandır: “Mən səhər sosial şəbəkələrdə bu xəbəri görəndə zəng vurub ailə üzvləri ilə danışdım, sənətçinin səhhəti ilə maraqlandım. Onlar bu xəbərin yalan olduğunu dedilər”.

Qeyd edək ki, meyxanaçı Ağakərimin 2017-ci ilin mart ayında beyninə qan sızıb. O uzun müddətdir ki, bu xəstəlikdən əziyyət çəkir.