Meyxanaçı Ağakərimin səhhəti necədir? – Oğlundan açıqlamabackend

Meyxanaçı Ağakərimin səhhəti necədir? – Oğlundan açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə il öncə insult keçirən meyxanaçı Ağakərimin (Kərim Novruzov) səhhətindən xəbər var.

NOCOMMENT.az xəbər verir ki, Lent.az-a açıqlama verən meyxanaçının oğlu bildirib ki, atasının vəziyyəti kafidir: “Atamın vəziyyətində irəliləyiş yoxdur. Əvvəl necə idisə, indi də elədir”.

Xatırladaq ki, Ağakərimin oğlu bir müddət öncə açıqlamasında bu sözləri demişdi: “Atamın səhhətinə yaxşı demək olmaz. Həkimlər müalicə yazıblar. Deyiblər ki, ev şəraitində müalicələrini davam etdirsin. Həkimlərin fikrincə, xəstəxanada edə biləcəkləri nəsə yoxdur. Sadəcə, ev şəraitində müalicəsi davam etdirilməlidir. Çox bədbinləşib. Danışdırmasan, danışmaz”.

Meyxanaçı Ağakərimin 2017-ci ilin martında beyninə qan sızıb. Həmin gündən ifaçının səhhətində ciddi problemlər yaranıb.