Meyxanaçı Zaurla dalaşdı: Sənin efirin mənə lazım deyil – VİDEObackend

Meyxanaçı Zaurla dalaşdı: Sənin efirin mənə lazım deyil – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aparıcı Zaur Kamalın “Həmin Zaur” proqramında mübahisə yaşanıb.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, aparıcı verilişə qatılan meyxanaçı Yaşar Qafanlıya – “Neçə dostun mənə deyib ki, onu efirə çıxart. Bağırmısan ki, Zaurla efirə çıxım. Belə olmaz” sözlərinə əsəbiləşib.

“Lazım olsa, hansı kanalı açarsan, məni görərsən. Camaat baxır, belə danışmaq lazım deyil. Pis çıxır. Sənə, əlbəttə, hörmətim var, efirində olaram. Amma belə demək olmaz. Ortaq dostlarım sənə deyib. 20 ildir ki, sənətdəyəm, camaat da məni tanıyır. Sənin danışığın düz deyil. Əzizlərim, dostlarım baxır, belə danışmaq olmaz. İstəyirsən, durub çıxım gedim. Sənin verilişin mənə lazım deyil”, – deyən meyxanaçı studiyanı tərk edib.

Proqramın əməmkdaşları onu yenidən studiyaya qaytarıblar. Həmin an meyxanaçı və aparıcının mikrofonları bağlanıb.