Məzuniyyətdə olan şəxsi işdən çıxarmaq olar? – CAVABbackend

Məzuniyyətdə olan şəxsi işdən çıxarmaq olar? – CAVAB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında növbəti mövzu məzuniyyətdə olan şəxslərin işdən azad olunması ilə bağlıdır.

Əmək hüquqlarından sui-istifadə etdikdə, habelə kobud səhvlərə yol verdikdə işçilər işdən azad olunurlar.

Bəs görəsən, məzuniyyətdə olan şəxsi işdən azad etmək olarmı?

NOCOMMENT.az xəbər verir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74.1.3-cü maddəsinə əsasən, Əmək müqaviləsinin 70-ci maddəsinin b, ç, d, e və f bəndləri ilə xitam verilməsi hallarında işçinin məzuniyyətdə olması əmək müqaviləsinə xitam verilməsinə hüquqi maneə sayılmır.

İşçinin əmək vəzifələrini kobud şəkildə pozması, əvvəllər iki dəfə intizam tənbehi (töhmət) alması və pozuntunun bilərəkdən edilməsi işdən azad olunması üçün əsas ola bilər.

Azərbaycanda əmək qanunvericiliyinə görə, məzuniyyətdə olan işçini işdən azad etmək yalnız məhdud hallarda mümkündür. Bu məsələ Əmək Məcəlləsinin 73-cü və 74-cü maddələrində tənzimlənir.

İşçi Əmək Məcəlləsinin 70-ç bəndinə əsasən, əvvəlki intizam tənbeh(lər)i qüvvədə olmaqla işdən azad edilə bilər. Onun məzuniyyətdə olması buna hüquqi maneə yaratmır.

İşçi hazırda qanuni əsasla məzuniyyətdə olsa da, bu fakt pozuntuya hüquqi qiymət verilməsinə maneə yaratmır, çünki əmək funksiyasının kobud və bilərəkdən pozulması məzuniyyət müddətindən əvvəl baş verib.\\Lent.az