Miçotakis: Türkiyə seçkilərdən sonra böyük strateji qərar verməlidirbackend

Miçotakis: Türkiyə seçkilərdən sonra böyük strateji qərar verməlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə ilə münasibətlərində dialoq əvəzinə gərginliyi seçən, hər fürsətdə təxribatlar törədən Yunanıstan Türkiyədəki seçkiləri də yaxından izləyir.

NOCOMMENT.az xəbər verir ki, Yunanıstanın baş naziri Kiryakos Mitsotakis 8-ci Delfi İqtisadi Forumunda yenidən Türkiyəni hədəfə alıb.

Türkiyənin aktiv xarici siyasətindən narahat olan Yunanıstan seçkidən sonra dəyişiklik gözləntisini irəli sürüb.

Türkiyə ilə münasibətlərdə gərginlik siyasətini mənimsəyən Yunanıstanın baş naziri Mitsotakis, “Məncə, Türkiyə seçkilərdən sonra böyük bir strateji qərar verməlidir” deyə açıqlama verib.

O, Mavi Vətən və Liviya ilə imzalanan dəniz yurisdiksiyası ərazilərinin məhdudlaşdırılması ilə bağlı razılaşmanı da qalmaqallı ifadələrlə tənqid edib.

NOCOMMENT.AZ