“Microsoft” 100 min qadına süni intellekt texnologiyaları üzrə təlim keçəcəkbackend

“Microsoft” 100 min qadına süni intellekt texnologiyaları üzrə təlim keçəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikanın texnologiya nəhəngi Microsoft 100 000 filippinli qadına süni intellekt (AI) və kibertəhlükəsizlik texnologiyaları üzrə təlim keçəcək təhsil xeyriyyə proqramı elan edib. Proqram Ticarət Naziri Gina Raimondonun başçılıq etdiyi ABŞ-ın Filippinə iki günlük ticarət missiyası zamanı elan edilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “South China Morning Post” (SCMP) məlumat yayıb.

Qadınların təhsili “Microsoft” onlayn platformasında aparılacaq. Onlar “OpenAI”nin böyük dil modelləri əsasında “Microsoft AI” alətlərindən istifadə etmək üçün təlim keçəcəklər. Əldə edilmiş biliklər Filippin qadınlarının peşəkar fəaliyyətini və ümumi kibertəhlükələrdən xəbərdarlığını yaxşılaşdırmalıdır.