ABŞ-də yerləşən Microsoft texnologiya şirkəti Çinli haker qrupunun Qərbi Avropadakı bəzi dövlət qurumlarının elektron poçtlarını ələ keçirdiyini açıqlayıb.
NOCOMMENT.az xəbər verir ki, Microsoft-un verdiyi açıqlamaya görə, Storm-0558 haker qrupu Qərbi Avropada ictimaiyyət də daxil olmaqla təxminən 25 qurum və şəxsin elektron poçt hesablarını hədəfə alıb.
Müştərilərin “Microsoft”a qeyri-adi e-poçt fəaliyyəti barədə məlumat verməsindən sonra qrupun hesablara girişinin təxminən bir ay ərzində aşkarlanmadığı məlum olub.
“Microsoft”un təhlükəsizlik üzrə vitse-prezidenti Çarli Bell qrupun məlumat toplamaq üçün e-poçt sistemlərinə daxil olaraq casusluq fəaliyyətlərinə diqqət yetirdiyini düşündüklərini söyləyib.
“Storm-0558″in fəaliyyətlərinin izləniləcəyi və oxşar hücumlardan qorunmaq üçün araşdırmaların aparılacağı bildirilib.
NOCOMMENT.AZ