“Microsoft”dakı nasazlıq 8,5 milyon kompüterə təsir edibbackend

“Microsoft”dakı nasazlıq 8,5 milyon kompüterə təsir edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Microsoft”un qlobal kəsilməsi dünya üzrə 8,5 milyon kompüterə təsir edib.

NOCOMMENT.az xəbər verir ki, u barədə şirkətin mətbuat xidmətindən məlumat verilib.

Mətbuat xidmətinin məlumatına görə, “Windows” əməliyyat sistemi ilə işləyən cihazların sıradan çıxması “CrowdStrike” antivirus proqramının yenilənməsi ilə bağlı olub. Qeyd olunur ki, nasazlıq Windows kompüterlərinin 1%-dən azına təsir edib.

“Geniş iqtisadi və sosial təsirlər CrowdStrike-ın müxtəlif mühüm xidmətlərə xidmət edən müəssisələr tərəfindən istifadəsini əks etdirir”, – məlumatda bildirilir.

Mütəxəssislər bir çox şirkətlərin proqram təminatının bir hissəsinin sıradan çıxması zamanı fövqəladə hallar zamanı operativ tədbirlər görməyə hazır olmadığını qeyd ediblər.