Microsoft korporasiyası dekabrın 31-də standart proqramları olan “Windows Mail” və “Calendar”-a dəstəyi dayandıracaq.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS şirkətə istinadən məlumat yayıb.
İstifadəçilərə klassik Outlook-dan yenisinə keçmək, e-poçtları və kontaktları ona ixrac etmək təklif olunub.
Gələn il yanvarın 1-dən etibarən Windows Mail vasitəsilə elektron məktubların göndərilməsi və qəbulu artıq mümkün olmayacaq, lakin istifadəçilər kompüterlərindəki Outlook parametrləri vasitəsilə bu proqramları yenidən aktivləşdirə biləcəklər.
Microsoft vurğulayır ki, müştərilər hazırda Outlook e-poçt müştərisinin yenilənmiş versiyasına aktiv şəkildə miqrasiya edirlər.