Microsoft öz brauzerinə daha az RAM istehlak etməyi öyrədəcəkbackend

Microsoft öz brauzerinə daha az RAM istehlak etməyi öyrədəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Microsoft” şirkəti “Edge” brauzerinin istehlak etdiyi operativ yaddaşın miqdarını məhdudlaşdırmaq üçün alət hazırlayır. Bu funksiya istifadəçi tərəfindən müəyyən edilmiş limitləri aşmağın qarşısını alacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Neowin portalı məlumat yayıb.

Yenilik Edge Canary-də “X” sosial şəbəkəsinin (keçmiş Twitter) Leopeva64 ləqəbli istifadəçisi tərəfindən diqqət çəkib. Belə ki, Edge istifadəçiləri slayderi istədikləri səviyyəyə daşımaqla brauzer tərəfindən istehlak edilən RAM miqdarına limit təyin edə biləcəklər. Göstəriciləri xüsusi açılan menyuda izləyə bilərsiniz. Funksiya həm brauzerin özündən istifadə edərkən, həm də oyunları işə salarkən işləyəcək – brauzer onların açılmasını avtomatik aşkar edəcək.

Neowin ekspertlərinin fikrincə, belə bir həll kompüterinin gücündən asılı olmayaraq bütün Edge istifadəçiləri üçün faydalı alət olacaq, çünki o, ən yüksək prioritet vəzifələr üçün RAM-ı yenidən bölüşdürməyə kömək edəcək. Bununla belə, Microsoftun xəbərdarlıq etdiyi kimi, xüsusiyyət brauzerin işinə mənfi təsir göstərə bilər.