“Microsoft” şirkəti rusiyalı istifadəçilər üçün yenilikləri açıbbackend

“Microsoft” şirkəti rusiyalı istifadəçilər üçün yenilikləri açıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Microsoft Rusiya istifadəçiləri üçün Windows və Office yeniləmələrini kiliddən çıxarıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzetinin saytında “Russoft” proqram təminatı istehsalçıları assosiasiyasına istinadən məlumat verilib.

Nəşr qeyd edir ki, ruslara Windows və Office yeniləmələrinə giriş imkanı verilib.

Assosiasiyanın prezidenti Valentin Makarovun sözlərinə görə, korporasiya Rusiya bazarında qalmaq üçün boşluqlar tapmağa çalışır ki, bu da Microsoft üçün vacibdir.

O əlavə edib ki, rəsmi şərhlərdə şirkət əksini iddia edir, lakin şəxsi söhbətdə proqramının tam dəstəyinə zəmanət verir.