MİDA iki şəhid ailəsini mənzillə təmin edibbackend

MİDA iki şəhid ailəsini mənzillə təmin edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mənzil İnşaatı Dövlət Agentliyi, növbəti layihəsi – Hövsan Yaşayış Kompleksində mənzil seçmiş, lakin Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış 2 hərbçinin ailə üzvlərinin mənzillərlə təmin edilməsini öz öhdəsinə götürüb.

NOCOMMENT.az xəbər verir ki, agentlikdən verilən məlumata görə, “Güzəştli mənzil” sistemində “azı 3 il hərbi xidmətdə olan, həmçinin ehtiyata və istefaya buraxılmış hərbi qulluqçular” kateqoriyası ilə qeydiyyatdan keçən 1991-ci il təvəllüdlü Hüseynov Orxan Bəhmən oğlu və 1994-cü il təvəllüdlü Hüseynov Fərid Fətəli oğlu 10.09.2020-ci ildə Hövsan Yaşayış Kompleksində mənzillərin satışında uğurla iştirak edərək 2 otaqlı mənzil seçiblər.

2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizəyə qoşulan hər iki hərbçimiz canından, qanından keçərək şəhidlik zirvəzinə ucaldığından mənzillərin rəsmiləşdirilməsi mümkün olmayıb. Ölkə başçısının siyasətinə uyğun olaraq, hər 2 hərbi qulluqçumuzun seçdiyi mənzillər onların ailələrinə təqdim edilib.

Mənzillə təmin olunmuş şəhid ailələri xalqımıza tarixi Zəfəri bəxş edən Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və Silahlı Qüvvələrimizlə qürur duyduqlarını qeyd ediblər. Onlara göstərilən yüksək diqqət və qayğıya, sosial müdafiələrinin gücləndirilməsi, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə görə dövlət başçısına dərin minnətdarlıqlarını bildiriblər.