MİDA-nın güzəştli mənzilləri bu dəfə neçə saniyəyə satılacaq?backend

MİDA-nın güzəştli mənzilləri bu dəfə neçə saniyəyə satılacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

MİDA növbəti dəfə güzəştli mənzilləri satışa çıxarıb. Bundan öncəki online satış zamanı prosesə qanunsuz müdaxilə halları aşkarlandığından satışın nəticələri ləğv olunmuşdu. Bəs, bu dəfə necə olacaq? MİDA əvvəlki boşluqları aradan qaldırıbmı?

NOCOMMENT.az xəbər verir ki, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz durumu şərh edərək bildirib ki, ilk dəfə olaraq rekord sayda mənzil onlayn formada satışa çıxarılacaq.

Onun fikrincə burada maraqlı məqam odur ki, adı çəkilən elanda mənzillərin satışının əvvəlki qaydada -yəni onlayn formada olacağı qeyd edilib:

“Yəni, onlayn satış “Elektron hökumət” portalı üzərindən “Güzəştli mənzil” sistemində şəxsi kabinet formalaşdırmaqla elektron qaydada həyata keçiriləcək.

Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzillərin seçimində bərabər hüquqa malikdir.

MİDA bu gün dərc olunan elanında indiyədək mövcud olan Qaydalarda hansısa dəyişiklik haqqında məlumat verməyib.

Amma , DTX və MİDA-nın sonuncu mənzil satışı ilə bağlı məlumatından, sistemə qanunsuz müdaxilə səbəbindən bu satışın nəticələrinin ləğvindən sonra gözlənilirdi ki, “Güzəştli mənzil ” infromasiya sistemi və güzəştli mənzillərin seçim Qaydaları təkmilləşdiriləcək”.

Osman Gündüz bildirib ki, o bir sıra təkliflər də irəli sürmüşdü:

“Yeri gəlmişkən, ölkənin kibertəhlükəsizlik və informasiya təhlükəsziliyi ekosistemindəki yeni normalara görə MİDA sistemi də kritik informasiya infrastrukturna daxil olan qurumlardan olacaq.

Belə olan halda bu informasiya sisteminin də yenidən İT auditi gündəmə gəlməlidir.

Ümumiyyətlə, düşünürəm ki, yeni satışdan öncə sistemin təhlükəsizliyinin və botlara, kənar müdaxilələrə qarşı daynıqlığının auditdən keçirilməsi, DEMO versiya ilə satış modulunun kodlarının tam dəyişdirilməsi, onlayn satış prosesini əks etdirən bütün datanın açıqlanması, ən tez və ən gec seçilən mənzillər haqqında ayrıca məlumatların verilməsi, satış prosesində şəffaflığın təmin edilməsi, satış prosesinin sosial mediada və TV-də canlı yayımlanması və s. doğru olardı.

Hökumətin və MİDA-nın güzəştli mənzillərin alternativ, oflayn satış üsullarını təqdim etməsi də doğru olardı”.