MİDA-nın yeni mənzillərinin satışı dayandırıldı – SƏBƏBbackend

MİDA-nın yeni mənzillərinin satışı dayandırıldı – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ASAN Xidmət”in nəzdində olan Elektron Hökumətin İnkişafı Mərkəzi bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Yasamal rayon İkinci Yaşayış Kompleksi üzrə mənzillərin satılmamasına aydınlıq gətirib.

NOCOMMENT-in məlumatına görə, mərkəzin direktoru Mehdi Cavadov bildirib ki, satışın başlamasına bir neçə dəqiqə qalmış sistemdə problem yaranıb: “ASAN login üzərindəki yüklənmə səbəbindən sistemə keçmək mümkün olmayıb. Satışdan əvvəl 100-dən çox test etsək də, bu gün sistemdə problem yaranıb”.

Qeyd edilib ki, bu, müvəqqəti haldır və mənzillər yenidən satışa çıxarılacaq.