MİDA qalmaqalı böyüyür: manipulyasiya və kiberhücum ehtimalları gündəmdəbackend

MİDA qalmaqalı böyüyür: manipulyasiya və kiberhücum ehtimalları gündəmdə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

MİDA prosesi ilə bağlı əlavə olaraq daha ciddi məsələ bu gün DİN tərəfindən aparılan əməliyyat olub. Belə ki, Daxili İşlər Nazirliyi 12 nəfərin saxlanıldığını bildirib. Araşdırmalar nəticəsində müəyyən olunub ki, həmin şəxslər dövlət tərəfindən güzəştli şərtlərlə ayrılmış mənzilləri sosial şəbəkələr və onlayn platformalar vasitəsilə qanunsuz şəkildə satışa və ya kirayəyə çıxarıblar. Faktla bağlı müvafiq məsuliyyət tədbirləri görülür.

Məhz bu məqam – yəni sistemdən kənar manipulyasiya cəhdlərinin mövcudluğu kibertəhlükəsizlik baxımından da narahatlığı daha artırır.

NOCOMMENT.az xəbər verir ki, bu konteksdə kibertəhlükəsizlik mütəxəssisi Osman Gündüz məsələnin ən təhlükəli tərəfinin məhz burada gizləndiyini bildirib. Onun sözlərinə görə, yüksək yüklənən belə sistemlər yalnız texniki nasazlıqlara deyil, həm də kənar müdaxilələrə açıq qapı yaradır:

“Əgər sosial şəbəkələrdə MİDA mənzillərinin qeyri-qanuni satışını təşkil edən qruplar mövcuddursa, bu, artıq sistemə müxtəlif yollarla müdaxilə cəhdlərinin ola biləcəyinə işarədir. Platforma yüklənmə zamanı müdafiə baxımından zəifləyir və bu an kənardan bot hücumları, DDoS təsiri, yaxud insanları üstələyə bilən avtomatlaşdırılmış alqoritmlər üçün fürsət yaranır.”

Osman Gündüz bildirir ki, bu cür satışlarda hər saniyənin mühüm rol oynadığı halda botların insan reaksiyasından bir neçə dəfə sürətli olması real bərabərsizliyə, hətta manipulyasiya ehtimallarına səbəb ola bilər. O, sistemin müstəqil auditdən keçirilməsini, şəffaf yük testlərinin aparılmasını və potensial “bypass” kanallarının bağlanmasını vacib sayır:

“Əgər mənzil alma şansı botlardan və ya manipulyativ qruplardan asılı vəziyyətə düşürsə, bu artıq təkcə texniki yox, sosial ədalət problemidir.”