Mikayıl Cabbarov: Azərbaycanda ilk dəfə…backend

Mikayıl Cabbarov: Azərbaycanda ilk dəfə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“15 dekabr tarixinə olan məlumata görə, dövlət büdcəsinə vergi daxilolmalarının həcmi ilk dəfə olaraq 15 milyard manatı keçib”.

NOCOMMENT xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün feysbuk səhifəsində yazıb.

Nazir qeyd edib ki, qeyri-neft-qaz sektorundan dövlət büdcəsində daxilolmalar 7,9 milyard manata çatıb: “Qeydə alınan bu rekord göstərici həyata keçirilən mütərəqqi iqtisadi islahatların, səmərəli vergi inzibatçılığı və əlverişli biznes mühitinin təmin edilməsinin, cəmiyyətdə vergi mədəniyyətinin yüksəlməsinin nəticəsidir. Öhdəliyini dürüst yerinə yetirən vicdanlı vergi ödəyicilərinə və Dövlət Vergi Xidmətinin əməkdaşlarına təşəkkürümüzü bildiririk”.