Mikayıl Cabbarovun bacanağı partiya yaratdıbackend

Mikayıl Cabbarovun bacanağı partiya yaratdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda yeni partiyanın – “Vətən Naminə Birlik Partiyası”nın təşəbbüs qrupunun toplantısı olub.

NOCOMMENT.az xəbər verir ki, Emin Babayevin liderliyində bir qrup şəxslər, təşəbbüsçülər ölkənin siyasi həyatında, vətəndaşların siyasi iradəsinin rəsmiləşdirilməsində və ifadə olunmasında iştirak etmək niyyəti ilə “Vətən Naminə Birlik” Partiyasının yaradılması barədə təşəbbüs qrupunun toplantısı keçirilib.

Toplantıda Emin Babayevin sədri seçildiyi 7 nəfərdən ibarət Təşkilat Komitəsi yaranıb və tərkibi elan edilib:

1.Babayev Emin Ramiz oğlu (sədr)

2.Bağırov Mircəlal Miryaqub oğlu

3.Savalanov Asif Balaca oğlu

4. Teryoxin Aleksandr Petroviç

5.Heydərov Qorxmaz Ernst oğlu

6.Abdullayev Nəvahid İsmayıl oğlu

7.Musayev Cümşüd İmaməli oğlu

Təşkilat Komitəsində Partiyanın qurultayına hazırlıqla bağlı qanunla tələb olunan məsələlər üzrə iş bölgüsü aparılıb.

Qeyd edək ki, partiya sədri Emin Babayev Azərbaycan Respublikasının İqtisadiyyat Naziri Mikayıl Cabbarovun bacanağıdır.
Sfera