Mikayılovu əvəzləyən şəxs bu məşhurun oğludur – FOTObackend

Mikayılovu əvəzləyən şəxs bu məşhurun oğludur – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Süleyman Mikayılov yanvarın 30-da Qaradağ rayon icra hakimiyyətinin başçısı vəzifəsindən azad olunub. Hazırda onu birinci müavini Emil Abbasov əvəz edir.

NOCOMMENT.az istinadla xəbər verir ki, Emil Abbasov məşhur hüquqşünas İlqar Abbasovun oğludur. Onun atası uzun illər hakim kimi fəaliyyət göstərib.

Onun son iş yeri Sabunçu rayon Məhkəməsi olub. İlqar Abbasov Sabunçu rayon Məhkəməsinin sədri postunu itirəndən sonra karyerasını vəkil kimi davam etdirir. O, 1 iyul 2022-ci ildən Vəkillər Kollegiyasının üzvüdür.

Emil Abbasov 14 il Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri işləmiş akademik Qərib Məmmədovun qardaşının qız nəvəsidir. O, uzun illərdir Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışır. (Metbuat.az)