Mikroavtobusla piyadanı vuraraq öldürən şəxs məhkəmə zalından həbs edildibackend

Mikroavtobusla piyadanı vuraraq öldürən şəxs məhkəmə zalından həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəki Apellyasiya Məhkəməsində piyadanı mikroavtobusla vuraraq öldürməkdə təqsirləndirilən Ülvi İsmayılovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

NOCOMMENT.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Elman İsayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.

 

İttihama görə, hadisə bu il yanvarın 6-sı saat 19 radələrində Balakən rayonunun Püştətala kəndi ərazisində qeydə alınıb.

 

Belə ki, rayon sakini, 1993-cü təvəllüdlü Ülvi İsmayılov idarə etdiyi “Mercedes” markalı mikroavtobus ilə yolu keçən piyada, 2001-ci il təvəllüdlü Alqayev Abdulla Kənan oğlunu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

 

Hadisədən sonra Ülvi İsmayılov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdi.

 

Balakən Rayon Məhkəməsini hökmü ilə o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Ülvi İsmayılov məhkəmə iclas zalında həbs olunub.