“Mil pulu” mübahisəsi: tibbi sığortanın qarşılamalı olduğu xərclər niyə xəstəyə yüklənir? – Agentlikdən inanılmaz cavabbackend

“Mil pulu” mübahisəsi: tibbi sığortanın qarşılamalı olduğu xərclər niyə xəstəyə yüklənir? – Agentlikdən inanılmaz cavab 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

03.12.2025

Son zamanlar xəstələrin müalicə zamanı qarşılaşdıqları bəzi sığorta məsələləri ciddi mübahisələrə səbəb olur.

NOCOMMENT.az xəbər verir ki, bir çox xəstə əməliyyat zamanı istifadə edilən implantlar və digər tibbi cihazların sığorta tərəfindən qarşılanacağını gözləsə də, əslində bu xərcin özləri tərəfindən ödənilməsi tələbi ilə üzləşirlər.

Redaksiyamıza müraciət edən şikayətçi bildirib ki, qolundan əməliyyat olunarkən mil yerləşdirmə prosesinə görə ödəniş tələb olunub.

Şikayətçi əməliyyatın tibbi sığorta ilə qarşılanmalı olduğu halda, 600 manat “mil” üçün ödəniş tələb olunmasının qeyri-qanuni olduğunu bildirib

Bəs, görəsən bu tələb nə dərəcədə doğrudur? Sığortanın ödənişi qarşılamalı olduğu halda, hansı qanuna əsasən xəstədən tələb edilir?

Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə sorğu ünvanlasaq da, rəsmi açıqlama verilməyib.

***

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən 9 gün sonra sorğumuza cavab göndərilib. Cavabda isə konkret olaraq əməliyyatın adının qeyd edilməsi tələb edilib:

“Xidmətlər Zərfinə daxil olan xidmətlər tibbi xidmətin dəqiq adı və xəstəlik koduna uyğun olaraq əks olunur”, – deyə qeyd edilib.