Milanda 260 illik temperatur rekordu qırıldıbackend

Milanda 260 illik temperatur rekordu qırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyanın şimalındakı Milanda 1763-cü ildən bəri ən yüksək temperatur qeydə alınıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İtaliyada fəaliyyət göstərən Regional Ətraf Mühitin Mühafizəsi Agentliyi məlumat yayıb.

Açıqlamada, temperaturun 33 dərəcə Selsiyə yüksəldiyi və bu rekordun sonuncu dəfə 2003-cü il avqustun 11-də 32,8 dərəcə selsi olduğu bildirilmişdi.

İtaliyanın Lombardiya bölgəsindəki bəzi şəhərlərdə 22-23 avqust tarixləri arasında termometrlərin 40 dərəcə isti göstərdiyi qeyd edilib.

NOCOMMENT.AZ