Milanda Xocalı soyqırımının 31-ci ildönümü münasibətilə azərbaycanlı rəssamın sərgisi keçirilibbackend

Milanda Xocalı soyqırımının 31-ci ildönümü münasibətilə azərbaycanlı rəssamın sərgisi keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın başlatdığı “Xocalıya Ədalət” kampaniyası çərçivəsində Milanın 18-ci əsrə aid tarixi Libreria Bocca qalareyasında azərbaycanlı rəssam Elay Məmmədovun Xocalı soyqırımına həsr olunmuş fərdi sərgisi başlayıb.

NOCOMMENT xəbər verir ki, AR Diasporla İş üzrə Dövlət Komitəsinin dəstək verdiyi “Xocalının yaddaşı” adlı sərgi Heydər Əliyev fondunun və Neapol-Bakı Assosiasiyasının təşkilatçılığı ilə təqdim olunub. Tarixi əhəmiyyətə malik bu kitabxana-qalareyada Agostino Bonalumi, Arnaldo Pomodoro, Lucio Fontana, Osvaldo Licini kimi tanınmış italyan rəssamların əsərləri də sərgilənib. Elayın əsərləri yaddaşlarda qanlı iz buraxan Xocalı faciəsinin qurbanı olmuş insanların dilindən danışan xəyali portretlər kimi təqdim olunub. Açılış mərasiminəİtaliyanın dünya şöhrətli fiqurativ rəssamı Alessandro Russo da qatılaraq Elay Məmmədovun yaratdığı üslubdan məmnun olduğunu bildirib. Tədbirdə İtaliyanın başqa tanınmış incəsənət nümayəndələri də iştirak edib, onlara Xocalı soyqırımı haqqında ətraflı danışılıb, erməni vəhşiliyi bir daha diqqətə çatdırılıb. Qonaqlara həmçinin Azərbaycan incəsənəti haqqında da geniş məlumat verilib.

“Xocalının yaddaşı” adlı sərgi martın 6-dək davam edəcək.