Millət vəkilinin şura sədri, Təhminə Tağı-zadəmin direktor olduğu AMADA-da 2 milyon manat vəsait hara xərclənib?backend

Millət vəkilinin şura sədri, Təhminə Tağı-zadəmin direktor olduğu AMADA-da 2 milyon manat vəsait hara xərclənib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

32gun.az cari il üzrə Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) Publik Hüquqi Şəxsin bağladığı satınalma müqavilələrini araşdırıb. Açıq mənbələrdə yer alan rəsmi məlumatlara əsasən, qurum il ərzində yerli və xarici şirkətlər, beynəlxalq təşkilatlar və xidmət təminatçıları ilə çoxsaylı tender müqavilələri imzalayıb.

Aparılan araşdırma göstərir ki, AMADA-nın cari il ərzində bağladığı tender müqavilələrinin ümumi maliyyə həcmi 1.962.770,03 AZN təşkil edir.

Dövlət vəsaiti hansı istiqamətlərə yönəlib?

Araşdırma zamanı müəyyən edilib ki, Azərbaycan Milli Antidopinq Agentliyinin cari il üzrə xərcləri təkcə dopinq nəzarətinin icrası və bioloji nümunələrin analizinə deyil, eyni zamanda geniş spektrli xidmət və satınalmalara yönəlib. Dövlət vəsaitinin əhəmiyyətli hissəsi xarici laboratoriyalar və beynəlxalq antidopinq qurumları ilə əməkdaşlığa, eləcə də ofis və anbar sahələrinin yüksək məbləğlərlə icarəsinə sərf olunub. Bununla paralel olaraq, qurumun fəaliyyətinin rəqəmsallaşdırılması adı altında informasiya-kommunikasiya texnologiyaları avadanlıqları və proqram təminatlarının alınmasına, müxtəlif təlim, seminar və audit xidmətlərinə də xeyli vəsait xərclənib. Bundan başqa, media qurumlarında materialların dərcinə, çap və promo məhsullarına, xidməti nəqliyyat vasitələrinin alınması və yanacaq təminatına, həmçinin tibbi avadanlıqların əldə edilməsi və tibbi tullantıların utilizasiyasına dövlət büdcəsindən maliyyə ayrıldığı diqqət çəkir.

Xüsusilə diqqət çəkən məqam ondan ibarətdir ki, xərclərin böyük hissəsi xarici laboratoriyalar və beynəlxalq antidopinq strukturları ilə bağlı xidmətlərin payına düşür.

NOCOMMENT.az 32gun.az-a istinadən bağlanmış tender müqavilələrinin bəzilərini təqdim edir:
Turkish Doping Control Center – 550.000 AZN

Institute of Biochemistry – German Sport University Cologne Laboratoriyası – 350.000 AZN
Nümunə Toplama Heyəti – 220.000 AZN
“Bakı Hotel Kompani” QSC – 210.560 AZN
“Berlinger & Co AG” – 90.000 AZN
“SMARTEXPO” MMC (tədbirlər üzrə) – 88.618 AZN
“YENİMOTOR” MMC – 75.000 AZN
“Professional Worldwide Controls” (PWC) – 60.000 AZN
“NIMPEX” MMC – 58.284,92 AZN
“VIVA MEDICAL GROUP” MMC – 36.580 AZN
“OCE SOLUTION” MMC – 15.664,5 AZN
“SOFTRICK SOLUTIONS” MMC – 17.022,62 AZN
Azərkosmos PHŞ – 17.200 AZN
“LINGUA TRANSLATION COMPANY” MMC – 10.200 AZN
“Clip TV” MMC – 10.422,18 AZN
“SMARTEXPO” MMC (mətbəə və çap) – 10.000 AZN
Professor Dr. Edvard Kolar – 11.620 AZN
Professional Worldwide Controls (PWC) – təlim xidməti – 11.736 AZN
“ABACUS AUDIT AND CONSULTING” MMC – 11.750 AZN
“GİLLMED ZƏNGİLAN” MMC – 11.599,4 AZN

Nəticələr onu göstərir ki…

Məlumatlar göstərir ki, AMADA-nın tender xərcləri əsasən dopinq nəzarətinin icrası və institusional fəaliyyətin təmin edilməsinə yönəlsə də, bəzi istiqamətlər üzrə ayrılan məbləğlər ictimai nəzarət və şəffaflıq baxımından suallar doğurur. Xüsusilə ofis icarəsi, beynəlxalq laboratoriya xidmətləri, tədbir və media xərclərinin həcmi diqqətdən kənarda qalmır.

Xatırladaq ki, Azərbaycan Milli Antidopinq Agentliyinin icraçı direktoru Təhminə Tağı-zadə, müşahidə şurasının sədri isə millət vəkili Nigar Arpadaraidir.