Milli bayramla əlaqədar Fransada 130 min asayiş keşikçisi cəlb ediləcəkbackend

Milli bayramla əlaqədar Fransada 130 min asayiş keşikçisi cəlb ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın daxili işlər naziri Gerald Darmanin 14 İyul Milli Bayram çərçivəsində 130 min hüquq-mühafizə orqanının xidmətə cəlb ediləcəyini bildirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Darmanin Daxili İşlər Nazirliyində mətbuata açıqlama verib.

14 İyul Milli Bayramı çərçivəsində təşkil edilən tədbirlərin adətən zorakılıq səhnəsi olduğunu deyən Darmanin ötən il bayram çərçivəsində 807 nəfərin saxlanıldığını, 749 avtomobilin yandırıldığını, 55 asayiş keşikçisinin yaralandığını qeyd edib.

Qeyd edək ki, Darmanin iyunun 27-də Nanter şəhərində Nael M. adlı gəncin polis tərəfindən öldürülməsindən sonra baş verən hadisələrdə 900 hüquq-mühafizə işçisi və yanğınsöndürənin yaralandığını açıqlayıb.

NOCOMMENT.AZ