Milli Depozit Mərkəzinə yeni sədr müavini təyin edilibbackend

Milli Depozit Mərkəzinə yeni sədr müavini təyin edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Depozit Mərkəzinin (MDM) İdarə Heyətinə yeni sədr müavini təyin edilib.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bu, Elçin Quliyevdir.

O, sədr müavini vəzifəsində ötən il dekabrın 7-də Dövlət Sığorta Kommersiya Şirkətinin (“Azərsığorta”) sədri təyin olunmuş Fərhad Adıgözəlovu əvəz edib.

Xatırladaq ki, MDM 1997-c ildə yaradılıb, mərkəzi depozitar olaraq maliyyə bazarlarına nəzarət orqanının təsis etdiyi qeyri-kommersiya hüquqi şəxsdir. Mərkəzin əsas məqsədi ölkə ərazisində qiymətli kağızların saxlanılmasını, onlar üzərində mülkiyyət və digər hüquqların uçotunu, habelə qiymətli kağızlarla bağlı əqdlərin qeydiyyatını aparan depozitar sisteminin işinin təşkili və əlaqələndirilməsidir.

MDM fəaliyyətində ölkə prezidentinin 14 iyul 2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Qiymətli kağızlar bazarı haqqında” qanunu, Mülki Məcəlləni, qüvvədə olan digər normativ hüquqi aktları və öz Nizamnaməsini rəhbər tutur.