Milli Məclis jurnalistlərə İRAD TUTDUbackend

Milli Məclis jurnalistlərə İRAD TUTDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin komitə iclaslarından mətbuatda və sosial mediada gedən yazılarda bəzən müzakirələrdə çıxış edən deputatların adları düzgün göstərilmir. Bu isə, öz növbəsində, oxucularda anlaşılmazlıq yaradır və haqlı suallara səbəb olur.

Milli Məclisin mətbuat xidmətindən NOCOMMENT sentyabrın 17-də Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında millət vəkili Jalə Əhmədovanın fikirləri deputat Jalə Əliyevanın söylədiyi fikirlər kimi təqdim edilib.

Qeyd edək ki, deputat Jalə Əliyeva, ümumiyyətlə, İnsan hüquqları komitəsinin üzvü deyil və həmin iclasda iştirak etməyib.

Parlamentdə keçirilən iclaslardan informasiya hazırlayarkən belə məsələlərdə xüsusilə diqqətli olmağınızı xahiş edirik.