Milli Məclisdə 1 ildə bir dəfə danışmayan 16 deputat – Adlarbackend

Milli Məclisdə 1 ildə bir dəfə danışmayan 16 deputat – Adlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin ən passiv deputatlarının adları bəlli olub.

NOCOMMENT.az Meclis.info-ya istinadla xəbər verir ki, 2021-ci il ərzində 16 deputat Milli Məclisin plenar iclaslarında bir dəfə də olsun danışmayıb. Milli Məclisin 2021-ci il stenoqramı da bunu sübut edir.

O da məlum olub ki, həmin 16 deputatın ikisi – sabiq spiker Oqtay Əsədov və Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov parlamentin ötən il keçiirlən iclaslarının böyük əksəıriyyətində, ümumiyyətlə, iştirak etməyib.

2021-ci il ərzində Milli Məclisdə heç danışmayan deputatların siyahısını təqdim edirik:

Vasif Talıbov

Oqtay Əsədov

Ülviyyə Ağayeva

Sabir Hacıyev

Ülvi Quliyev

Sevinc Hüseynova

Rasim Musabəyov

Nəsib Məhəməliyev

Mixail Zabelin

Malik Həsənov

Madər Musayev

İmamverdi ismayıllov

Əlabbas Salahzadə

Cavanşir Feyziyev

Anatoli Rafailov

Ağalar Vəliyev