Milli Məclisdə gərgin mübahisə: Biri din xadimini, digəri nazirliyi topa tutdubackend

Milli Məclisdə gərgin mübahisə: Biri din xadimini, digəri nazirliyi topa tutdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Erkən nikahların “qırmızı xətt” olduğunu deyirsiniz. Lakin bu gün erkən nikahların əksəriyyətində axundlar kəsir”.

NOCOMMENT.az Ölkə.Az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Ailə, Qadın Uşaq Məsələləri üzrə Komitənin sədri Hicran Hüseynova Dini məsələlər üzrə komitəsinin sədr müavini Gündüz Ismayilovanın çıxışına etiraz olaraq deyib.

Onun sözlərinə görə, azyaşlıların qanunsuz nikahı ilə bağlı bir dənə də olsun din xadimi cəzalandırılmayıb.

O eyni zamanda ölkədə qanunsuz abortlardan şikayətləndi və bu işdə din xadimlərini də günahlandırdı.

“Bu gün Azərbaycanda qanunsuz abortların sayı həddən artıq çoxalıb. Qız uşağının doğuşuna görə ailələr dağılır. Hətta biz bu məsələdə Çini də keçmişik. Burada bizə irad tutulur”, – Hüseynova deyib.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova isə deyib ki, burada təkcə din xadimləri yox, eyni zamanda səhiyyə müəssisələri, Səhiyyə Nazirliyi günahkardır.

“Bu gün qanunla selektiv abortlar qadağandır. Əgər belə hal varsa, demək qanunvericilikdə boşluqlar mövcuddur. Bu sahəyə nəzarət gücləndirilməlidir”, – komitə sədri deyib.