Milli Məclisdən Silahlı Qüvvələrə Yardım Fonduna DƏSTƏKbackend

Milli Məclisdən Silahlı Qüvvələrə Yardım Fonduna DƏSTƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsünə qoşularaq bu günlərdə Milli Məclisin Sədri, Sədr müavinləri, deputatlar, parlament Aparatının və İşlər idarəsinin kollektivləri Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fonduna 360 min manat pul vəsaiti köçürmüşlər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat xidmətindən məlumat verilib.

Milli Məclisin əməkdaşları Şanlı Ordumuza onun qarşısında duran vəzifələrin yerinə yetirilməsində uğurlar diləyir!

Yeni-yeni zəfərlər müjdəsi ilə!
Biz birlikdə güclüyük!
Qarabağ Azərbaycandır!