Milli Məclisin deputatlarının avtomobilləribackend

Milli Məclisin deputatlarının avtomobilləri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisdə təmsil olunan deputatların böyük əksəriyyətinin xidməti avtomobili olmasa da, şəxsi maşınları var.

Maraqlıdır, Milli Məclisin deputatları hansı markalı avtomobillərdən istifadə edir?

NOCOMMENT xəbər verir ki, report-un əməkdaşı bu sualla Milli Məclisin bir neçə deputatına müraciət edib.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli şəxsi avtomobilinin olmadığını deyib: “Ümumiyyətlə, şəxsi avtomobilim olmayıb. Övladlarımdan birinin avtomobili var. Özüm isə Vəhdət Partiyasına məxsus olan 2008-ci il istehsalı “BMW” markalı avtomobildən istifadə edirəm”.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramovun “Toyota Prado” avtomobili var: “Avtomobilimi özüm idarə edirəm. Xüsusi sürücüm yoxdur”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev isə “Hyundai Genesis” avtomobilinin olduğunu deyib: “Həmin avtomobildən 8 ildir istifadə edirəm”.

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Cavid Osmanov da şəxsi avtomobilinin olmadığını deyib: “Yeni Azərbaycan Partiyasının Ağdaş rayon təşkilatının balansında olan 2013-cü il istehsallı “Mercedes E-Class” xidməti avtomobildən istifadə edirəm”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı isə deyib ki, “Toyota Avalon” avtomobili var: “Artıq iki ildir ki, bu avtomobildən istifadə edirəm”.

Milli Məclisin deputatları – Fazil Mustafa, Qənirə Paşayevanın “Toyota Prado”, Aqil Abbasın “Hyundai Sonata“, Erkin Qədirlinin “Toyota Corolla” avtomobili var.

Məlumat üçün isə bildirək ki, Milli Məclisin komitə sədrlərinin xidməti avtomobili “Mercedes E-Class”dır.

Müşahidələrimiz zamanı məlum olub ki, deputatlar daha çox “Mercedes” markalı avtomobillərə üstünlük verirlər.