Milli Məclisin ən yaşlı deputatları – SİYAHIbackend

Milli Məclisin ən yaşlı deputatları – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Milli Məclisinin VI çağırış deputatlarının 31-nin yaşı 65 və 65-dən yuxarıdır.

NOCOMMENT.az unikal.org-a istinadən xəbər verir ki, parlamentin ən yaşlı üzvləri Ziyad Səmədzadə, Eldar İbrahimov, Mixail Zabelin və Sabir Rüstəmxanlıdır.

Z.Səmədzadənin 81, E.İbrahimovun 76, M.Zabelin və Sabir Rüstəmxanlının isə 75 yaşı var.

Vahid Əhmədovun 74, Madər Musayevin 74, Əhliman Əmiraslanovun 74, Fəzail Ağamalının 74, İsa Həbibbəylinin 72, Tahir Rzayevin 71, Elman Məmmədovun 71, Aqiyə Naxçıvanlının 71, Rasim Musabəyovun 70, Bəxtiyar Sadıqovun 70, Fəzail İbrahimlinin 70, Eldar Quliyevin 70, Cavanşir Paşazadənin 68, Asim Mollzadənin 68, Aqil Abbasın 68, Əli Məsimlinin 68, Rafailov Anatoliy Xaimoviçin 68, Sabir Hacıyevin 67, Rafael Hüseynovun 67, Sədaqət Vəliyevanın 67, Sahibə Qafarovanın 66, Oqtay Əsədovun 66, Hicran Hüseynovanın 66, Səttar Möhbalıyevin 66, Anar İsgəndərovun 65, Tahir Kərimlinin 65, Rauf Əliyevin 65 yaşı var.