Milli Məclisin qarşısında aksiya keçirməyə cəhd edilibbackend

Milli Məclisin qarşısında aksiya keçirməyə cəhd edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Milli Məclisin inzibati binasının qarşısında aksiya keçirilməsinə cəhd olub.

NOCOMMENT.az-ın xəbərinə görə, polis “Qarabağa azadlıq” şüarı ilə təşkil olunan aksiyanın qarşısını alıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev Report-a bildirib ki, icazəsiz aksiya keçirməyə cəhd edənlər polis əməkdaşlar tərəfindən ərazidən uzaqlaşdırılıb.

O qeyd edib ki, aksiyaya cəhd zamanı heç kəs saxlanılmayıb: “Sosial şəbəkələrdə bir neçə şəxsin saxlanılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”.